Öz dəfnində danışdı - FOTO


Keçən ay İngiltərədə vəfat edən Marina Smith süni intellekt texnologiyası ilə öz dəfnində danışıb. Marinanın holoqramı ailə üzvlərinin suallarını cavablandırıb.

Turkustan.azxəbər verir ki, İngiltərənin Nottingem şəhərində keçən ay 87 yaşında vəfat edən Marina Smith MBE-nin süni intellekt dəstəkli holoqramı iyulun 29-da keçirilən dəfn mərasimində ailə üzvlərinin suallarını cavablandırıb. Böyük Britaniyada mövcud olan texnologiya onun oğlu Dr. Stephen Smith tərəfindən yaradılmışdır. Dr. Smit texnologiyadan ilk dəfə mərhum anası ilə birlikdə istifadə edib.

3- FƏRQLİ PROSES

İnsanın holoqramını yaratmaq üçün ilk olaraq 20 ədəd 3D sinxronlaşdırılmış kamera və xüsusi səs avadanlığından istifadə olunur ki, şəxsin həyatı ilə bağlı suallara cavabları yazılır. Bu cavablar daha sonra ekspertlər tərəfindən AI öyrətmək üçün istinad nöqtəsi kimi istifadə olunur. Nəhayət, əldə edilən məlumatlar holoqramın eyni vaxtda dialoq apara biləcəyi StoryFile platformasına yüklənir.

YALAN DANIŞMIR

İlk dəfə 2017-ci ildə ortaya çıxan StoryFile texnologiyası əvvəlcə Holokostdan sağ çıxanların və digər tarixi şəxsiyyətlərin həyat hekayələrini çatdırmaq üçün nəzərdə tutulmuşdu. StoryFile holoqramını yaratmaq istəyən şəxs dostları və ailə üzvlərinin soruşmaq istəyə biləcəyi potensial suallara cavab verərək qeydləri yaradır. Cavab verə bilmədiyi bir sualla qarşılaşdıqda, holoqram qarşı tərəfi yalan danışmaq əvəzinə başqa sual verməyə yönəldir.

Kendi cenazesinde konuştu

Mənbə:hürriyet.com.tr


MANŞET XƏBƏRLƏRİ