Yeni məktəbli formalarının yekun qiyməti açıqlandı - Bu qiymətə olacaq


Yeni məktəbli formalarında bütün ölçülərdə uzunqol və qısaqol köynəklərin qiyməti 14 manatdır, şalvar və ətək isə 25 manata alıcılara təqdim olunur.

Turkustan.azxəbər verir ki, bunu "Bakı Tikiş Evi" ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov bildirib.

O qeyd edib ki, hazırda yalnız aşağı siniflər (I-IV) üçün formalar hazırlanıb. Zaman az olduğu üçün yuxarı siniflər üçün hələ ki, forma hazırlanmayıb.

"Geyimləri Bakı Tikiş Evi ilə yanaşı bir neçə gün ərzində paytaxtda fəaliyyət göstərən "Bravo" supermarketlər şəbəkəsindən əldə etmək mümkün olacaq",-deyə o əlavə edib.

Xatırladaq ki, yeni məktəbli formaları artıq bu gündən satışa çıxarılıb.


MANŞET XƏBƏRLƏRİ