Bu gün "Qarabağ" - "Viktoriya" ilə qarşılaşacaq


Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ" və "Viktoriya" (Çexiya) klubları arasında ilk oyun keçiriləcək.

Turkustan.az xəbər verir ki, qarşılaşma saat 20:45-də start götürəcək. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 23-də Plzendə olacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


MANŞET XƏBƏRLƏRİ