Hansı hallarda seksoloqa getməlisiz? - Beyin bədənə mane olursa...


Cinsi problemlərin həlli ilə həkim seksopatoloqlar məşğul olur. Lakin Azərbaycanda hələ də kişilər, qadınlar, aralarında problem olan ər-arvadlar seksoloqun qapısını tanımır.

Turkustan.azxəbər verir ki, klinik psixoloq, seksoloq Anastasiya Livanova cinsiyyətindən asılı olmayaraq hansı hallarda seksoloqa gərək olduğunu açıqlayıb.

Əgər bir insan özü-özünü anlamırsa, münasibətlərdə boşluğa düşübsə mütləq seksoloqa getməlidir. Partnyoru günahlandırmaq, başqasını tapmaq çıxış yolu deyil.

"Mən həmişə ilk seansda bildirirəm ki, seksual həyatda müsbət dəyişikliklər həyatın digər sahələrinə də dəyişiklik gətirəcək.

Seksual məsələlər düzələndə insan daha aydınlanır, birdən-birə görə bilərsiz ki, hər gün getdiyiniz iş sizin deyil, ordan çıxmaq istəyirsiz və ya digərləri ilə münasibət sizə travma verir. Nəyə görə bu baş verir?

Çünki komfortlu seksual həyat insana nəyin zövq verdiyini, nəyin isə diskomfort yaratdığını, nəyi saxlayıb, nədən imtina etməli olduğunu göstərir.

Öz emosiyalarını tanımaq, öz arzu tələblərin, istək sərhədlərin özünlə emosional kontaktdan sonra qaydaya düşür.

Məhz seksoloq bu kontaktı, özün özünü anlamağa kömək edir.

Yataqda problem varsa, deməli həyatın hər sahələrində problem var. Bunu qadının, kişinin, vaxtın, pulun üzərinə atmaq və ya cinsi orqanlarda problemlərlə bağlamaq olmaz.

Məsələn, siz seks zamanı beyninizdə bunları düşünürsüz: işdə müdirin istədiyi absurd idi, maaşım bu ayda yetmir, işıq pulu çoxdur, gələn həftəyə borcumu necə verəcəyəm.

Kənar fikirlər sizi daim yayındırır.

Əlaqə zamanı burda və indi olub, prosesi buraxa bilmirsiz. Beyin sönmür, beyin prosesdən kənarda qalır.

Ona görə qadınlarda və kişilərdə cinsi münasibətdən narazılıq fonu yaranır.

Əgər uzun müddətdir seks sizə zövq vermirsə, hətta artıq alınmadığı üçün ondan imtina edirsizsə, o zaman seksoloqa getmək mütləqdir. Seksoloq sizə emosional və cismani, bədənlə kontaktı öyrədəcək. Həm öz, həm qarşı tərəfin bədənini hiss etməyi bacaracaqsız".

Həkim bu hallarda seksoloqa getməyi tövsiyə edir:

- Zəif orqazm və ya hec olmaması

- Ayda 3 dəfədən az cinsi istək

- Mastubrbasiyada çətinliklər

- Seksdən heç zövq almamaq, razı qalmamaq

- Seksual münasibət zamanı fikirlər, beynin rolu

- Kişilərdə ereksiya problemi

- Qadınlarda quruluq

- Seksual kontaktdan qorxu

-Qadınlarda vaginizm

- Seksual əlaqədən sonra uzun müddət təkliyə çəkilmək

- Seksual partnyordan qaçmaq

- Seksual travmalar, zorla əlaqə

- Hamiləlik və doğumdan sonra cinsi zəiflik /BakuPost/


MANŞET XƏBƏRLƏRİ