Nuriyyə Hüseynova: "VII Hun-Türk Qurultayı da böyük coşqu ilə keçirildi" - FOTOLAR+VİDEO


Xəbər verdiyimiz kimi Macarıstanın Buğac bölgəsində 12-14 avqust tarixlərində Avropada ən böyük ənənəvi tədbirlərdən sayılan, 27 türk xalqının iştirak etdiyi təntənəli VII Hun – Türk Qurultayı gerçəkləşdirilib.

Qurultayda Azərbaycan musiqi və rəqs kollektivi ilə təmsil olunub. Azərbaycanın əməkdar artistləri Nuriyyə Hüseynova, Qoçaq Əsgərov, ifaçı-bəstəkar Çilənay Hüseynova, Kamran Kərimov, tanınmış tarzən Arslan Növrəsli, kamança ustası Elnur Mikayılov və "Odlar Yurdu" rəqs qrupu - Nigar Şahmuradova, Röya Əliyeva, Aysel Cigerxanova, Anar Məmmədov, Gülməmməd Şahverdiyev, Qurultayda iştirak edib. Sənətçilərimizin Türk Dünyasının zəngin musiqisini əks etdirən ifaları maraqla qarşılanıb və alqışlarla müşayiət olunub.

Turkustan.azaçıqlamasında Dünya Musiqi Xəzinəsinin İncisi Muğam İctimai Birliyinin rəhbəri, Əməkdar artist Nuriyyə Hüseynova bildirib ki, hər dəfə olduğu kimi bu Qurultay da yüksək səviyyədə təşkil olunmuşdu: "Bu Qurultayda da Türk dünyasının hər yerindən təmsilçilər, sənət adamları vardı. Muğam və rəqs qruplarımız, o cümlədən, qurultayın təşkilatçısı Andras Biro dəvəti ilə təşkilatımızın digər təmsilçisi Çilənay Hüseynova çıxış etdi. Bütün çıxışlar iştirakçılar tərəfindən rəğbət və coşqu ilə qarşlıandı".

N.Hüseynova bildirdi ki, Qurultayda türk xalqlarının milli mədəniyyət nümunələrinin nümayiş etdirilməsi Avropa məkanında maddi-mənəvi dəyərlərimizin tanıdılması baxımından da önəmli rol oynamaqdadır.

O həmçinin, Azərbaycan təmsilçilərinə göstərdiklıəri diqqətə görə ölkəmizin Macarıstandakı səfirliyinin əməkdaşlarına təşəkkürünü çatdırdı.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Könül/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ