Çeçenlər bu hərəkətlərinə görə zibil qutularında ÜZR İSTƏDİLƏR - VİDEO


Çeçenlərin zibil qutularından üzrxahlıq videosu yayılıb.

Turkustan.az xəbər verir ki, bu barədə görüntülər "Mash" Telegram kanalında yayımlanıb.

Belə ki, bundan əvvəl sosial şəbəkələrdə çeçenlərin xəstə oğlanı zibil qutusunda oturmağa məcbur etdiyi görüntülər yayılıb. Bu video iki xuliqanın "böyük qardaşları"nın diqqətini çəkib. Bundan sonra çeçenlər açıq şəkildə üzrxahlıq ediblər.

Onlar inkişaf qüsuru olan bir insana sataşdıqları üçün təpkilərlə qarşılaşdıqdan sonra zibil qutularında dayanaraq üzr istəyiblər.

Videoda Çeçenistan sakinləri hərəkətlərinə görə bağışlanmalarını xahiş edirlər. Xuliqanlardan birinin dediyinə görə, onlar nalayiq hərəkət ediblər.

"Allah bizi cəzalandırdı",- deyə peşman olduqlarını bildiriblər.

Çeçenistanda belə üzr istəmə praktikasından fəal şəkildə istifadə olunur. Texnika respublikadan kənarda da keçərlidir. 2021-ci ildə azı üç rusiyalı Çeçenistan lideri Ramzan Kadırovdan üzr istəyib.

(konkret.az)


MANŞET XƏBƏRLƏRİ