Azərbaycanda bu avtomobillərin qiyməti ucuzlaşacaq – AÇIQLAMA


"Yaxın vaxtlarda Dövlət Gömrük Komitəsinin təşəbbüsü ilə hibrid və elektromobillərin idxal rüsumundan azad olunması gözlənilir. Belə olarsa, hibridlər və elektromobillər daha da ucuzlaşacaq".

Turkustan.az bildirir ki, bunu nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib.

O, stimullaşdırma və təşviq tədbirlərinin müsbət nəticə verdiyini vurğulayıb:

"Belə ki, 2021-ci ilin birinci yarımilliyində ölkəyə 4878 ədəd hibrid, 36 ədəd elektrik mühərrikli nəqliyyat vasitələri idxal olunmuşdusa, cari ilin eyni dövründə bu rəqəmlər ardıcıl olaraq 6218 və 153 ədəd olub. Qısa müddətdə belə bir artım tempinə nail olmaq müsbət addımdır. Belə davam edərsə və yeni stimullaşdırıcı addımlar atılarsa, o zaman Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələrinin sayı tez bir zamanda artacaq. Bu da avtoparkın yenilənməsi deməkdir".

Ekspert qeyd edib ki, tezliklə hibrid və elektromobillərin idxal rüsumundan azad edilməsini görəcək və bazarda canlanmaya şahid olacağıq. (sfera.az)


MANŞET XƏBƏRLƏRİ