Kissincerin kabusu gerçəkləşə bilər: Dünya müharibənin astanasındadır


Rusiya-Ukrayna müharibəsi aylardır davam edərkən digər tərəfdəndə, Çin və Tayvan arasında hər an mühabribə başlaya bilər.

Turkustan.az xəbər verir ki, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer ABŞ-ın dünyanı Ukrayna vasitəsilə müharibə uçurumuna sürüklədiyini və artıq Tayvanıda bu işin içinə qatdığını bilidirib.

Kissincer müsahibəsində ABŞ administrasiyasını sərt tənqid edib.

Aylardır Rusiya-Ukrayna müharibəsi davam edərkən, digər tərəfdən Çin və Tayvan arasındakı gərginliyi narahatlıqla izləyir. Hər iki nöqtədə gərginlik davam edərkən, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer "The Wall Street Journal"a (WSJ) verdiyi açıqlamada ABŞ-ın dünyanı müharibə astanasına sürüklədiyini bildirib.

ABŞ-ın keçmiş dövlət katibi Kissincer ABŞ-ın Rusiya və Çinlə müharibənin astanasında olduğunu deyib.

Kissincer gündəmlə bağlı The Wall Street Journal-a (WSJ) açıqlamalar verib.

ABŞ TƏRƏFİNDƏN YARADILAN PROBLEMLƏR

ABŞ-ın qismən yaratdığı problemlərə görə Rusiya və Çinlə müharibə astanasında olduğunu ifadə edən Kissincer, "Rusiya və Çinlə, qismən yaratdığımız problemlər üzündən müharibənin astanasına gəldik. Necə bitəcəyi və nəticəsi barədə heç bir fikrim yoxdur.

Gərginliyi daha da artırmadan variantların yaradılmasının yeganə çıxış yolu olduğunu deyən Kissenger, bunun üçün bir məqsəd olması lazım olduğunu qeyd edib.

QƏRB BUNU CİDDİYƏ ALMALIDIR

Ukraynadakı hazırkı münaqişəni "uğursuz strateji dialoqun nəticəsi" kimi dəyərləndirən Kissincer bəyan edib ki, Qərb Rusiya prezidenti Vladimir Putinin təhlükəsizlik tələblərinə ciddi yanaşmalıdır. O, Ukraynanın NATO alyansına qəbul edilməyəcəyini açıq şəkildə bəyan edib.

Kissincer, Ukrayna üçün həll yolun budur; O, Krımın və Donbasın bir hissəsinin Rusiyaya verilməsini bildirib.

ABŞ DİQQƏTLİ OLMALIDIR

ABŞ-ın Tayvan məsələsində diqqətli olmasının lazım olduğunu bildirən keçmiş diplomat 50 ildir davam edən sülh siyasətinin davam etdirilməsini tövsiyə edib.

KİSSİNCERİN KABUSU

ABŞ-ın Rusiya və Çinlə eyni vaxtda müharibəyə getməsi ehtimalı beynəlxalq ədəbiyyatda "Kissincerin kabusu" adlandırılır.

ABŞ PREZİDENTLƏRİNƏ TƏNQİD

Kissincer təəssüflə bildirib ki, son Amerika liderləri diplomatiyada "düşmənlərinə şəxsi münasibət" kimi baxırlar.

Kissincer bəyan edib ki, ABŞ Rusiya və Çin arasında "tarazlıq" etməsi üçün yol tapmalıdır.

Mənbə: sabah.com.tr


MANŞET XƏBƏRLƏRİ