Əhali əmanətləri banka manatla qoyur, dollarla? - STATİSTİKA


Mərkəzi Bankın məlumatına görə əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 25,6 faiz artaraq 2022-ci il iyul ayının 1-nə milli valyuta ekvivalentində 10596,2 milyon manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Əmanətlərin 59,8 faizi milli, 40,2 faizi xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 38,2 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 10,6 faiz artıb. /Cebhe.info/


MANŞET XƏBƏRLƏRİ