Xırdalanda çoxmərtəbəli binada partlayış: Sakinlər təxliyə olundu – VİDEO


Abşeron rayonunda çoxmərtəbəli binada partlayış olub.

Turkustan.azxəbər verir ki, hadisə Xırdalanda yerləşən yaşayış komplekslərindən birində baş verib.

Belə ki, kompleksdəki binalardan birinin elektrik təchizatında yaranmış nasazlıq partlayışa səbəb olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub.

Bina sakinləri təhlükəsiz əraziyə təxliyə olunublar.

Partlayış nəticəsində xəsarət alanların olub-olmaması barəsində məlumat verilməyib.


MANŞET XƏBƏRLƏRİ