Şabranda meşə yanğını evə keçdi: 3 ev yanır


Şabran rayonunda meşədə başlayan yanğın fərdi yaşayış evlərinə keçib.

Turkustan.az Report-a istinadən xəbər verirki, rayonun Dağ Bilici kəndində güclü meşə və otlaq ərazilərdə yanğın başlayıb, yanğının miqyası genişlənərək ərazidəki evlərədə keçib.

İlkin məlumata görə kənd ərazisində 3 evə zərər dəyib.

Meşə massivinə düşən yanğın yaxınlıqda olan kənd üçün bir sıra təhlükə yaratmaqdadır.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin avtomobil və canlı qüvvəsi cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


MANŞET XƏBƏRLƏRİ