Putin Rusiyanın müttəfiqlərini təriflədi: Onlar əsl kişi xarakteri nümayiş etdirir


Rusiya müxtəlif qitələrdəki müttəfiqlərini və həmfikirlərini yüksək qiymətləndirir.
Turkustan.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu prezident Vladimir Putin Ordu-2022 forumunda çıxışı zamanı deyib.

"Bunlar hegemon deyilən dövlətin qarşısında əyilməyən dövlətlərdir. Onların liderləri əsl kişi xarakteri nümayiş etdirir və əyilmir", - deyə Putin Rusiyanın müttəfiqlərini tərifləyib.
Prezident vurğulayıb ki, bu dövlətlər suveren, müstəqil inkişaf yolu seçirlər, qlobal və regional təhlükəsizlik məsələlərini beynəlxalq hüquq normaları, qarşılıqlı məsuliyyət və bir-birinin maraqlarının nəzərə alınması əsasında kollektiv şəkildə həll etmək istəyirlər.
"Beləliklə, çoxqütblü dünyanın qorunmasına töhfə verirlər", - o əlavə edib.
"Rusiya Latın Amerikası, Asiya və Afrika dövlətləri ilə tarixən möhkəm, dostluq və etimada əsaslanan əlaqələri səmimiyyətlə qoruyur və müttəfiqlərinə, tərəfdaşlarına ən müasir silah növlərini təklif etməyə hazırdır", - deyə Putin vurğulayıb.
O qeyd edib ki, bütün dünyada bu silah növləri etibarlılığı, keyfiyyəti və yüksək effektivliyi ilə hərbi mütəxəssislər arasında qiymətləndirilir və demək olar ki, hamısından real döyüş əməliyyatlarında dəfələrlə istifadə olunub.

Prezidentin sözlərinə görə, hərbi-texniki əməkdaşlığın inkişafı, səylərin və potensialların birləşdirilməsi ilə Rusiya və onun tərəfdaşları həm özləri, həm də bütövlükdə dünya üçün etibarlı təhlükəsizlik və sabitliyi təmin edə biləcəklər. (modern.az)


MANŞET XƏBƏRLƏRİ