Ordumuzun Laçından sonrakı hədəfi... - Ekspert detalları açıqladı


Buzdux yüksəkliyi və digər ərazilərdə əldə edilən nailiyyətlər erməni tərəfini vadar edir ki, Azərbaycanla imzalanmış üçtərəfli Bəyanatın bəndlərinə qeyri-şərtsiz əməl etsin. Digər tərəfdən də erməni silahlılarının ərazilərimizdən çıxarılması mütləq sürətdə məhz son "Qisas" əməliyyatından sonra daha da sürətlənəcək. Artıq keçmiş Ağdərə, Sərsəng, Vəng, Ağdaban, Çayqovuşan və Ömər Aşırımı istiqamətində təminat yolları da daxil olmaqla əsas ərazilərdə mütləq bir üstünlüyümüz mövcuddur.

Bunu Teleqraf.com-a hərbi eksperet Ədalət Verdiyev deyib.

O qeyd edib ki, rus sülhməramlılarının da Azərbaycan əsgərinə, Ordumuza qarşı münasibətində müsbət dəyişikliklər müşahidə edilir:

"Eyni zamanda aşağı yüksəkliklərdə yerləşən erməni qoşunlarının həmin ərazilərdə uzun müddət tab gətirəcəyi real deyil. Yaxın günlərdə, xüsusilə də Laçın şəhərində Azərbaycan bayrağının sancılmasından sonra Ordumuzun erməni təxribatlarına daha ciddi cavab verəcəyi də gözləniləndir".

Hərbi ekspert Laçın şəhəri, Zabux və Sus kəndindən çıxarılması nəzərdə tutulan ermənilərin növbəti dəfə xarakterli fikirlərə də münasibət bildirib:

"Bu cür sərsəm bəyanatlar səslənə bilər. 44 günlük müharibədən öncə də onlar bir çox "bəyanatlar" səsləndirib. Amma nəticə odur ki, 1994-cü ildən bu yana Azərbaycan Ordusu yalnız irəliyə doğru addımlar atır. Nəticə etibarı ilə biz Ermənistanın yalnız təxribatlarına deyil, təxribat xarakterli bəyanatlarını da Kazus belli (Müharibə elan etmək üçün formal səbəb) kimi qəbul edib onlara cavab zərbələri endirə bilərik. Ona görə də, "bəyanatların" özü belə təxribat xarakteri daşıyırsa, biz buna mütləq ərazidə cavab verməliyik. Bunun da belə olacağına heç bir şübhə ola bilməz".


MANŞET XƏBƏRLƏRİ