Ermənilər Laçın meşəsini yandırır - VİDEO


Erməni vandalları Laçın meşələrini yandırmağa başlayıb.

Turkustan.az xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində Laçından çıxan ermənilərin meşələrə od vurmalarını əks etdirən görüntülər yayılıb.

Qeyd edək ki, belə görüntülərin yayılması ilk dəfə deyil. Ermənilər bundan əvvəl də Azərbaycan ərazilərini tərk edərkən meşə və evlərə od vurublar.

Xatırladaq ki, Laçın şəhəri, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşmış ermənilərə Azərbaycan ərazilərindən çıxmaları üçün avqustun 25-ə qədər vaxt verilib.

(modern.az)


MANŞET XƏBƏRLƏRİ