İlan sancmasından ölən qadının dəfn mərasimində dəhşətli hadisə


Qəribə hadisə Hindistanda baş verib. 22 yaşlı Qovind Mişra adlı gənc ilan sancması nəticəsində dünyasını dəyişən böyük bacısının dəfn mərasimində iştirak edib. Lakin o, yas mərasimi olan evində yatarkən bu dəfə onu başqa bir ilan öldürüb. Evdəki yığıncaq üzvləri baş verənlər qarşısında nə edəcəklərini bilmiyiblər.

Hindistanın Bhavanipur kəndində yaşayan qadını ilan sancaraq öldürüb. Qadının yas mərasiminə, xüsusən də kənd ətrafındakı qohumları, daha uzaqda olan qardaşı da kəndə gəlib.

DƏFS MƏRASİMİ TƏŞKİL OLUNUB

Qadın üçün təşkil edilən dəfn mərasimində göz yaşları axarkən, ailənin evində başsağlığı verilib. Evdə olanlardan biri də bədbəxt qadının 22 yaşlı qardaşı Qovind Mişra idi. Otaqda yatan Mişra qəflətən ayağında ağrı ilə oyanıb. Evdəkilər dərhal Mişranın yanına qaçdılar.

BACISI İLƏ EYNİ TALEYİ BÖLÜŞDÜ

Tezliklə məlum oldu ki, Mişra da bacısı ilə eyni aqibəti paylaşıb. İlanın gənc qızı sancdığını görən camaat müdaxilə etmək istəsələr də uğur qazana bilməyiblər və Mişra bacısının dəfnində dünyasını dəyişib. İkinci ölüm xəbərini alan camaat və ailə üzvləri şoka düşüblər.

Hazırladı: Eltac Zülüfqaroğlu/Turkustan.az

Mənbə: Haberler.com


MANŞET XƏBƏRLƏRİ