Özünə xəsarət yetirən: - Hara getdimsə, qapıdan QOVDULAR - FOTO

Özünə xəsarət yetirən: - Hara getdimsə, qapıdan QOVDULAR - FOTO

Gəncə şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Təmizlik İdarəsində sürücü kimi işləyən Röya Hüseynov qol nahiyəsinin damarlarını kəsərək özünə xəsarət yetirib.

Publika.az-ın yerli bürosunun verdiyi məlumata görə, adıçəkilən şəxs bu addımı atmasına səbəb onunla təhqir tonunda danışılmasını səbəb göstərib.

" Hara gəldi məni aparıb işlədirlər.Mənim ərazim oldu ya olmadı. Məndə şikayətini bildirmək üçün getdim Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Nurəhməd Əhmədov qəbuluna getdim.Yox idi məni müavini Naqif İbişov qəbul etdi.

O, da səs küy saldı, çığırmağa başladı.Mən oradan çıxıb getdim təmizlik qaragının müdiri Bağır Əliyevin yanına. Bağır Əliyev də məni söyməyə başladı. Mən də onlara cavab qaytara bilmədiyimə görə, özümə xəsarət yetirdim. Qolumu tikiblər hazırda səhətim normaldır. İndi də məni işdən çıxarmaqla hədələyirlər", - deyə R.Hüseynov bildirib.


MANŞET XƏBƏRLƏRİ