Conson nazir olmamışdan öncəki işinə qayıdır?


İngiltərədə istefa verdikdən sonra vəzifəsini tərk etməyə sayılı günlər qalmış Baş nazir Boris Consonun gələcək planları bəlli olur. İngiltərə mətbuatında yer alan xəbərə görə, siyasətdən əvvəl jurnalist olan Conson yenidən bu peşəyə qayıda bilər.

Turkustan.azxəbər verir ki, Britaniya mətbuatı istefa verdikdən sonra yeni işi maraq doğuran Consonun jurnalistika və köşə yazarlığına qayıda biləcəyini irəli sürüb.

Baş nazir olmaqdan üç gün əvvəl Boris Consonun Daily Telegraph-da son köşə yazısı dərc olundu. Conson son məktubunda Böyük Britaniyanı Brexit-i həyata keçirərkən "yadacaq ruhu" qəbul etməyə çağırıb. Conson həftəlik fikirlərini ifadə etdiyi məqalələrdə ayda 10 saat çalışaraq 275 min funt sterlinq maaş alırdı. Ancaq missiyasından sonra yazmağı dayandırdı.

Daily Mail-dəki bir çox mənbə, Consonun Downing Street-dən ayrılarkən bir qəzet üçün yazmaq üçün danışıqlar apardığını və müqavilənin sona yaxınlaşdığını söyləyib.

Baş nazirin ofisi, Downing Street, Johnsona qəzet tərəfindən bir rol təklif edilib-edilməməsi ilə bağlı şərh verməkdən imtina etdi, Daily Mail sözçüsü şərh sorğusuna cavab verməyib.

Son aylarda Daily Mail, Partygate qalmaqalı ilə bağlı tənqidlərə baxmayaraq, açıq şəkildə baş naziri müdafiə etdi və Consonu tənqid edən Mühafizəkar millət vəkillərinə reaksiya verdi. Bu yaxın münasibət və tərəflərin şərh vermək istəməməsi İngiltərə mətbuatında Consonun təklifi qəbul edə biləcəyi ilə bağlı şərhlərə səbəb olun.

Conson Daily Mail-ə qoşulsa, onun Daily Telegraph ilə çoxdankı münasibəti sona çatacaq.

19 iyun 1964-cü ildə Nyu-Yorkda anadan olan Conson siyasətçilərin yetişdirildiyi iki mühüm məktəb hesab edilən Eton Kollecində, sonra isə Oksford Universitetində təhsil alıb.

Məzun olduqdan sonra Conson jurnalistlik karyerasına The Times-da başlayıb və oradakı jurnalistlik karyerası qısamüddətli olub və hazırladığı saxta xəbərlərə görə işdən çıxarılıb.

Daha sonra "Daily Telegraph"a keçən Conson 1989-cu ildə bu mətbu orqanın Brüssel müxbiri olur və onun Avropa Birliyinə (AB) qarşı çıxması bu dövrdə imzaladığı xəbərlə özünü göstərməyə başlayır. Conson AB ilə bağlı həqiqətə uyğun olmayan yazıları ilə də gündəmə gəlib.

Jurnalistika karyerasında Conson mühafizəkar yönümlü Daily Telegraph-ın redaktor köməkçisi və Spectator jurnalının redaktoru vəzifəsinə qədər yüksəlib.

Boris Consonun jurnalistikadan siyasətə qədər uzanan karyerası 2001-ci ildə Mühafizəkarlar Partiyasından deputat seçildiyi zaman başlayıb.

Conson daha sonra 2008-ci ildə Londonun meri seçildi və 2016-cı ilə qədər iki müddət bu vəzifəni icra etdi. 2019-cu ildə o, Tereza Meyin yerinə keçdi və Böyük Britaniyanın Baş naziri oldu.

Lakin ötən aylarda yaşanan qalmaqallardan və partiya daxilindən gələn reaksiyalardan və istefa dalğasından sonra postunu tərk etdiyini açıqlamışdı.

Hazırladı: Eltac Zülfüqaroğlu/Turkustan.az

Mənbə: haberturk.com


MANŞET XƏBƏRLƏRİ