Türksoylu ölkələrin Xarici işlər nazirləri sabah İstanbulda toplaşır


Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin Xarici işlər nazirlərinin sabah İstanbulda toplantısı olacaq.

Türkiyənin Xarici İşlər Nazirliyinin xəbərinə görə, Əfqanıstan mövzusunda müzakirələr aparılacaq fövqəladə iclas Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvətilə baş tutur.

clasda Türk Şurasına üzv olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın, müşahidəçi qismində isə Macarıstanın xarici işlər nazirləri iştirak edəcəklər (APA).


MANŞET XƏBƏRLƏRİ