Prezident göstəriş verdi: Sabahdan ət və ərzaq ucuzlaşır


Prezident Ərdoğanın göstərişi ilə sabahdan Türkiyədə "Tarım Kredi" marketlərində endirimli məhsul satışına başlanacaq.

Turkustan.azxəbər verir ki, vətəndaşlar əsasən makaron, yumurta, un, süd, tomat pastası və düyü olmaqla 30-dan çox məhsulu güzəştlə əldə edəcəklər. Prezident Rəcəb Tayyib Ərdoğan Mərkəzi Qərar Heyətinin (MKYK) iclasında Kənd Təsərrüfatı Kredit Kooperativlərinə aid bazarların qazanc məqsədi ilə qurulmadığını, qiymətlərin aşağı salınmasını taapçırdığını bildirib. Ərdoğan həmçinin 30-dan çox məhsulda ediləcək endirimlə yanaşı, ətin qiyməti ilə bağlı da müjdə verib. Prezident 30-35 faiz endirimlə mal-qara satışına başlayacaqlarını sözlərinə əlavə edib. 1400-ə yaxın yerdə xidmət göstərən Kənd Təsərrüfatı Kredit Kooperativləri bazarlarında endirimlə satışa çıxarılacaq məhsulların adları açıqlanıb. Vətəndaşlar makaron, un, tomat pastası, düyü, bulqur, mərcimək, noxud, lobya, şəkər, günəbaxan yağı, zeytun yağı, toyuq məmulatları, tam yağlı süd, yarım yağlı süd, yumurta, pendir, yağ, bal, zeytun, çay, türk qəhvəsi, kartof, soğan, qarpız, qovun, yuyucu toz, qabyuyan maye, ağardıcı, maye sabun, salfetlər, rulon dəsmallar, odekolon, uşaq bezlərini endirimli qiymətlərlə ala biləcəklər. /Cebhe.info/


MANŞET XƏBƏRLƏRİ