Ərdoğan Rusiyanın təsirini cilovlayır - NYT

Ərdoğan Rusiyanın təsirini cilovlayır - NYT

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında tərəfdaşlığın güclənməsi Qərb ölkələrini və xüsusilə Ankaranın NATO tərəfdaşlarını qıcıqlandırır.

Turkustan.az xəbər verir ki, bu sözləri “Nyu York Tayms” qəzetinin köşə yazarı Stiven Erlanger yazıb.

“Qarşılıqlı çağırışlar iki prezidenti həmişəkindən daha da yaxınlaşdırıb", - yazar bildirib.

Erlangerin fikrincə, NATO-nun qəzəbinə səbəb Ərdoğanın Qərbin qurmağa çalışdığı sanksiya bəndində dəlik yaratmasıdır:

“Belə bir vəziyyət yalnız Ərdoğan üçün faydalıdır. O, sanksiyalardan yan keçərək rus biznesi ilə əməkdaşlığı davam etdirir, həmçinin Moskvanın Suriyaya təsirini cilovlayır”. (axar.az)


MANŞET XƏBƏRLƏRİ