Azərbaycana hər həftə mindən çox pakistanlı gəlir


Azərbaycan ilə Pakistan arasında münasibətlər ən yüksək səviyyədə inkişaf edir. Azərbaycan həmişə Pakistanı dəstəkləyir və bu, qarşılıqlıdır. Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən olub.

Turkustan.az xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Haye səfirlikdə keçirilən ölkənin Müstəqillik Günü tədbirində deyib.

"Pakistana göstərdiyi münasibətə görə, Azərbaycan hökumətinə təşəkkür edirəm. Pakistanın müxtəlif şəhərlərindən Azərbaycana həftədə 4 təyyarə reysi həyata keçirilir. Həmçinin Pakistandan bir həftə ərzində Azərbaycana 1000-dən çox turist səfər edir".

Qeyd edək ki, bu gün Pakistanın Müstəqillik Günü qeyd olunur.(modern.az)


MANŞET XƏBƏRLƏRİ