Suriya Müvəqqəti Hökumətindən Türkiyəyə mesaj


Suriya müxalifətinin qurduğu Suriya Müvəqqəti Hökuməti və qəbilələrin görkəmli şəxsləri Türkiyə ilə "birlik və həmrəylik" mesajı yayımlayıblar.

Turkustan.azxəbər verir ki, Suriya Müvəqqəti Hökumətindən verilən açıqlamada, Suriya Müvəqqəti Hökuməti qardaş Türkiyə xalqının və dövlətinin siyasi, hərbi və humanitar sahələr də daxil olmaqla bütün sahələrdə oynadığı böyük rolu yüksək qiymətləndirir. Bəyanatda həmçinin vurğulanıb ki, mübarizə Bəşər Əsəd rejimi devrilənə və Suriya xalqı öz azadlıq və ləyaqət məqsədlərini həyata keçirənə qədər davam edəcəyini bildirib.

Nuayəm, Cemelan, Beni Halit, El Heyb, Buhayat, Maşahde, Ceys, Cubur, Harb, Demahle və Simatiyye qəbilələrinin görkəmli şəxsləri Suriyanın şimalında Afrində bir araya gələrək Türkiyə ilə "birlik və həmrəylik" mesajı yayımlayıblar.

Mesajda "Bizimlə türk qardaşlarımız arasındakı birliyi və həmrəyliyi heç kim poza bilməz. Düşmən gündəmi olanların kin və nifrət layihələrini həyata keçirməsinə imkan verməyəcəyik. Şəhid olan türk əsgərlərinə və Suriya xalqına Allahdan rəhmət diləyirik.

Hazırladı: Eltac Zülüfqaroğlu/Turkustan.az

Mənbə: sozcu.com.tr


MANŞET XƏBƏRLƏRİ