Bunları etmək gözlərimiz üçün faydalıdır

Bunları etmək gözlərimiz üçün faydalıdır

İnsan orqanizminin ən vacib orqanlarından biri də gözlərdir. Müxtəlif göz xəstəlikləri olduğu kimi həm də faydalı müalicə üsulları var. 

Turkustan.az həkim-fitoterapevt Fizuli Hüseynovun gözlər üçün faydalı məsləhətlərini təqdim edir:

- 4-5 tel zəfəran götürüb, 1 xörək qaşığı suda dəmləyib, gündə beş-altı dəfə gözə tökmək gözü işıqlandırır.

- Zəfəranın 1 qramını 4 hissəyə bölüb, 1 hissəni götürüb, üstünə axşam 1 stəkan isti (qaynar yox) su töküb, səhər ac qarına için, qalan zəfəranların üstünə yenə 1 stəkan isti su töküb axşam yatmazdan 1 saat əvvəl için, zəfəranları da yeyərsiniz. Belə etmək gözləri işıqlandırır.

- Göz ətrafına gündə 2 dəfə səhər və axşam qarazirə yağı çəkmək gözləri işıqlandırır.

- Balıq, balıq kürüsü, balıq yağı istehlak etmək gözləri işıqlandırır

- Okean məhsullarının hamısı gözləri işıqlandırır.

- Axşam gözə ismid sürməsi çəkib yatmaq gözləri işıqlandırır.

- Kök və balqabaq yemək və ya şirələrini çəkib içmək gözləri işıqlandırır.

- 300 qram qaragilə meyvəsi götürüb üyüdün, 1 kq bal ilə qarışdırın gündə üç dəfə yeməkdən əvvəl bir dolu çay qaşığı yemək gözləri işıqlandırır.

- Başdan hicama etdirmək gözləri işıqlandırır

- Göz ətrafından həftədə 6 ədəd cəmi 42 ədəd zəli qoydurmaq gözləri işıqlandırır.

- Sonda onu vurğulayım ki, bütün bunları edən zaman göz məşqləri etməyi unutmayın. Gündə 2 dəfə hər dəfə də 15 dəqiqə yaxına (gözdən 5 sm aralı) və uzağa (ən azı 1 km) baxın. /Yeniavaz.com/


MANŞET XƏBƏRLƏRİ