Bakıda bir ailənin altı üzvü plovdan zəhərləndi


Ötən gün Bakıda bir ailənin altı üzvü zəhərlənib.

Turkustan.az- ın məlumatına görə, hadisə Xəzər rayonunda, Binə sovxozu deyilən ərazidə baş verib.

Ailənin plovdan zəhərləndiyi ehtimal edilir. Zəhərlənən şəxslərin xəstəxanaya yerləşdirildiyi bildirilir.

Hadisə ilə bağlı TƏBİB-dən Oxu.Az-a bildirilib ki, ailə üzvlərinin hər birinə zəruri tibbi yardım göstərilib:

"Ambulator müalicə üçün evə buraxılıblar. Vəziyyətləri qənaətbəxşdir".


MANŞET XƏBƏRLƏRİ