Bankı soymaq üçün qazdığı tunel üstünə çökdü! Görənlər gözlərinə inanmadı - FOTOLAR


İtaliyanın paytaxtı Romada filmlərdə olduğu kimi bankı soymaq planı quran oğru qazdığı tunel çökdükdən sonra içəridə qalıb. Yanğınsöndürənlər qışqırtılarını eşidən şəxsi xilas etmək üçün 8 saat mübarizə aparıblar. İnanılmaz hadisə bu gün İtaliya mətbuatında geniş işıqlandırılıb.

İtaliyanın paytaxtı Roma Vatkian yaxınlığında baş verən inanılmaz hadisədən danışır.

Romanın 11-ci İnnosenzo küçəsində asfaltın çökməsindən sonra əraziyə gələn yanğınsöndürənlər asfaltın altında gizli Tunel qazıldığını anlayıblar. Tuneli tədqiq etməyə başlayan qruplar 6 metr dərinlikdəki çuxurdan kömək səsləri eşidib.

BANKI SOYMAQ ÜÇÜN QAZDIĞI TUNELDƏ TƏLƏ OLUB

Bir yol işçisinin içəridə sıxışıb qaldığını düşünən səlahiyyətlilər əraziyə 30 nəfərlik yanğınsöndürmə briqadası göndərib.

Ekipajların evdən çıxmaq üçün 8 saat sərf etdiyi adamın yaxınlıqdakı bankı soymaq üçün tunel qazan Oğru olduğu üzə çıxıb.

Oğrunun qazdığı tunelin içində olarkən baş verən çökmə səbəbindən içəridə ilişib qalması ehtimal edilir.

3 NƏFƏR SAXLANILIB

Axtarış-xilasetmə qrupları, diqqətli işlərdən sonra içəridə sıxışan yaralını xilas edə bilib. Qida və oksigen əlavələri verilən şəxs xəstəxanaya aparılarkən, səlahiyyətlilər məsələ ilə bağlı araşdırmanın davam etdiyini bildiriblər.

Yanğınsöndürənlər tərəfindən xilas edilən şəxsə kömək etdiyi düşünülən 3 nəfər təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Vatikan yaxınlığında hərəkətli bir yolda aşkarlanan tunelə girişin küçədəki boş mağazanın altında olduğu açıqlanıb. "Mağaza icarəyə veriləcəyi üçün səs-küy heç kimin vecinə deyildi, hamı mağazanın təmir olunduğunu düşünürdü" deyə yerli sakinlərdən biri AFP-yə bildirib.

Qeyri-adi hadisə bu gün İtaliya mətbuatında geniş işıqlandırılıb. Ansa xəbər agentliyinin məlumatına görə, ehtimal odur ki, banda gələn həftəsonu, İtaliyada bayram mövsümü ilə əlaqədar şəhərlərin əsasən boş qaldığı bir vaxtda bank oğurluğu planlaşdırır.

Ansa-nın xəbərində "Qaçırılma cəhdi az qala film kimi faciəyə çevrildi" başlığı işlədildiyi halda, "La Repubblica" qəzetinə danışan məhəllə sakinləri son həftələrdə bölgədə çoxlu soyğunların olduğunu bildiriblər.

Məhəllə sakinlərindən biri bildirib ki, tunelin girişinin yerləşdiyi boş mağaza günlərdir axşam saatlarında tikinti işlərinə bənzər səslər çıxarır.

Bankayı soymak için kazdığı tünel üstüne yıkıldı Ekipler görünce gözlerine inanamadı...

Bankayı soymak için kazdığı tünel üstüne yıkıldı Ekipler görünce gözlerine inanamadı...

Bankayı soymak için kazdığı tünel üstüne yıkıldı Ekipler görünce gözlerine inanamadı...

Hazırladı: Eltac Zülüfqaroğlu/Turkustan.az

Mənbə: hürriyet.com.tr


MANŞET XƏBƏRLƏRİ