Müdriklik zirvəsindən yaşananlara baxanda...


İnsanların həyatına, ömür yoluna nəzər salanda bəzən adama elə gəlir ki, sanki hamı eyni bir ömrü yaşayır. Sanki adamlar bir-birinin yaşamını təkrarlayır. Amma elə insanlar var ki, onların ömrü nəsillərin həyatında bənzərsiz bir təcrübə olur. Mamed müəllim məhz o insanlardandır…

Fotoğraf açıklaması yok.

Bu gün müdriklik yaşının zirvəsində qərar tutan Mamed Abbasovun yaşadıqlarını kitab kimi vərəqlədikcə bu şərəfli ömür – tale – həyat yolunun biz gənclər üçün, bütövlükdə cəmiyyətimiz üçün dəyərli nümunə olduğunun şahidi oluruq – Kişilik, namus, vicdan, ləyaqət, dürüstlük, təmizlik, paklıq, saflıq, sadəlik, səmimilik, təvazökarlıq, ağsaqqallıq, ziyalılıq, müdriklik və ən əsası İNSANLIQ nümunəsi…

Açıklama yok.

Bu dünyaya gələn hər bir insan qismətinə düşən ömür payını yaşayır, yaradır, yaşlanır. Amma yaşa dolduqca kamilləşmək, müdrikləşmək hər kəsə nəsib olmur.

Kamillik, müdriklik özü bir Tanrı vergisidir ki, Tanrı onu sevdiyi, seçdiyi bəndələrinə ərməğan edər, öz ilahi nurundan ona pay verər. Mamed müəllim məhz belə insanlardandır. Üzünün nuru sözlərinə tökülən, bütün yaxşılıqlara körpü salan, şərəfli ömrünü fədakarlıqla vətəninin rifahına həsr edən yolgöstərən ağsaqqal, işıqlı ziyalı, dövlət xadimi…

Fotoğraf açıklaması yok.

Dünyada yollar çoxdur. Bu yolların ən çətini, həm də ən şərəflisi, ən müqəddəsi insanların qəlbinə gedən yoldur. Mamed müəllim öz işığı – ziyası, dərin düşüncəsi, səmimiyyəti, peşəsinə sədaqəti, insanlığı, dürüstlüyü, vicdanı, fədakarlığı, böyük ürəyi ilə ürəklərə gedən o yolu çoxdan fəth edib...

Görkəmli yazıçımız Seyran Səxavətin ustad sənətkarımız Rəmişə həsr olunmuş "Rəmiş" adlı maraqlı bir hekayəsi var. Yazır ki: "Rəmiş bir ilahi möcüzədir. O, gitaraya – yadelli bir ispana Azərbaycan dilini öyrədən ilk müəllimdir. Rəmiş "Segah" çalır. Məni bağışlayın, onun necə çaldığını, nə cür istedad sahibi olduğunu yazmağa mənim kişiliyim çatmaz. Amma onun həyatı, sənəti ilə bağlı bəzi məqamlar var ki, onları yazmağa təpərim var" - deyir.

Nədənsə, Mamed müəllim haqqında yazmaq istəyəndə bu sözlər gəldi ağlıma. Onun özünə, sözünə, əməllərinə layiq bir şəkildə danışmağa, yazmağa Seyran Səxavət demişkən, "kişiliyim çatmasa da", peşə vicdanı, mərd xarakteri, nurlu üzünə sirayət edən tərtəmiz daxili aləmi, örnək həyatı, insanlığı, zəngin mənəvi dünyası haqda yazmağa özümdə azca da olsa, təpər tapıram və dövlətimiz, dövlətçiliyimiz və cəmiyyətimiz üçün yorulmadan çalışan, istənilən məqamda, situasiyada təəssübkeşliklə, böyük ürəklə, fədakarlıqla əlindən gələni əsirgəməyən bu Nur simalı, İşıq İnsanın ünvanına kiçicik bir doğum günü təbriki olaraq kimi içimdən gələn səmimi arzuları yazmaq istəyirəm...

Bu həyatda istər yaxşı həkim olsun, istər yaxşı müəllim, hər bir peşə sahibinin mayəsində insanın şəxsiyyəti dayanır. Şəxsiyyətində, xarakterində yarımçıqlıq olan adam heç vaxt böyük iş ortaya qoya bilməz. Bu mənada, Mamed müəllim şəxsiyyəti ilə sözü, əməli bir-birini tamamlayan bütöv bir insandır. Mamed müəllim təkcə cəmiyyətin sosial-mənəvi, siyasi-ictimai həyatında əvəzsiz xidmətləri olan dövlət xadimi deyil, bütün bu yorulmaz əməyi ilə yanaşı mədəniyyətimizin kamil bilicisi, pərəstişkarıdır.

Vicdanlı vətəndaş və böyük bir nəslə örnək ziyalı olmağı, hər kəsin sidq ürəklə sevdiyi və inandığı, ürəklərdə güvən qazanan İnsan olmaq statusunu Tanrı hər adama nəsib etmir. Düşünürəm ki, sahib olduğu bu ülvi keyfiyyəti Mamed müəllimə İlahidən ən dəyərli ərməğandır...

Həzrəti peyğəmbərimizdən soruşurlar ki, Dini bir sözlə necə ifadə etmək olar? Deyir ki: "təsəlli" sözü ilə. Bu çətin dünyamızda, mənəviyyatın aşındığı, əxlaqi dəyərlərin alt – üst olduğu, insanlığın çat verdiyi bir zamanın və mühitin içində Sizin kimi dəyərli şəxsiyyəti tanımaq, varlığını hiss etmək, sözün həqiqi mənasında insana təsəlli olur. Şərəfini, ləyaqətini, heysiyyətini, peşə vicdanını beş paraya dəyişənlərin meydan suladığı bir dünyanın tən ortasında Sizin kimi öz təmiz dünyasını, özünün, sözünün, ruhunun, adının paklığını – Tanrı əmanəti kimi qoruyan, yüksək mənəviyyatı, düşüncələri, əməlləri ilə cəmiyyətimizə işıq salan bir İnsanın (sözün həqiqi mənasında – böyük hərflərlə İNSANın...) varlığını bilmək adama təsəlli olur. Yüz acını da udursan bir şirinin xətrinə. Düşünürsən ki, bu xalq Mamed Abbasov ləyaqətdə qutsal və uca bir İnsan yetirə bilibsə, demək ki, hələ sabaha və yaşamağa ümid qalır...

İçindəki Ədalət tərəzisi heç zaman əyilməyən Mərd Adam! Müdrik Adam! Böyük Adam! Uca Adam! Əqidəli Adam! Dürüst Adam! Təmiz Adam! Əziz Adam! Atam kimi Doğma Adam! Yaxşılıqlara ünvan olan ürəyiniz, işıqlı əməllər üçün yorulmadan çalışan əlləriniz var olsun, dəyərlimiz Mamed müəllim! Ünvanınıza söylənən bütün xoş sözlər halal haqqınızdır...

Fotoğraf açıklaması yok.

Bu qala bizim qala,

Həmişə bizim qala...

Tikmədim özüm qalam

Tikdim ki, izim qala...

-deyilir bir nəğmədə. Sanki Sizin şəninizə söylənib, Mamed Müəllim!

Fotoğraf açıklaması yok.

Bəşər sivilizasiyasının beşiyi qədim Naxçıvanın çiçəklənməsində danılmaz rolunuz, böyük əməyiniz olduğu kimi, Vətənimizin, demək olar ki, bütün guşələrində zəhmətiniz, əllərinizin izi var. Yaxşılıqlara körpü salan, xeyirxah əməllər üçün yorulmadan çalışan əlləriniz var olsun. Sizi bağrıma basıram, əllərinizdən öpürəm. Sizə möhkəm can sağlığı diləyirəm. Ulu Tanrı Sizin işığınızı ailənizə, yavrularınıza, bütün Sizi sevənlərə doyunca versin!

Açıklama yok.

Sayğılarla: Xəyalə Zərrabqızı

Filologiya üzrə fəlsəfə doktoru

10 avqust 2022-ci il


MANŞET XƏBƏRLƏRİ