İlham Əliyevin Kıbrıs prezidenti ilə görüşü yunanları özündən çıxardı - RƏSMİ BƏYANAT


Azərbaycan Prezidenti İlham Əliyevlə Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatarın Türkiyədə keçirilən görüşü Cənubi Kipr Rum Administrasiyasını narahat edib.

Turkustan.azxəbər verir ki, 5-ci İslam Həmrəyliyi Oyunlarının Açılış Mərasimində iştirak etmək üçün gəldikləri Konyada Tatar və Əliyevin görüşü ilə bağlı Kipr Rum Administrasiyasının Xarici İşlər Nazirliyi yazılı açıqlama verib.

HƏDƏF AZƏRBAYCAN

Avropa Birliyi ilə əlaqələrinə görə Azərbaycanı hədəfə almağa çalışan Kipr Rum administrasiyası bəyanatında iddia edib ki, rəsmi Bakı bu davranışı ilə institusional əlaqələr qurmağa çalışdığı AB-nin institusional çərçivəsinə məhəl qoymayıb.

Bəyanatda aşağıdakı ifadələr yer alıb:

"(Yunanıstan) xarici işlər naziri Yoannis Kasulidis Rum tərəfinə bu inkişafla bağlı məyusluğunu və narazılığını çatdırmaq üçün müxtəlif səviyyələrdə təşəbbüslər göstərməyi tapşırıb".

Hazırladı: Eltac Zülfüqaroğlu/Turkustan.az

Mənbə: tgrthaber.com.tr


MANŞET XƏBƏRLƏRİ