Türkiyə-İran sərhədində divar GƏRGİNLİYİ: Tehran narahatdır - FOTO


Türkiyənin İran sərhədində sərhəd təhlükəsizliyini artırmaq və qanunsuz keçidlərin qarşısını almaq üçün tikdiyi divar Tehranda böhrana səbəb olub.

Türkiyənin qeyri-qanuni keçidlərin qarşısını almaq üçün bu yaxınlarda İran sərhədində inşa etdiyi bir beton divar Tehranda reaksiyaya səbəb olub.

Turkustan.azxəbər verir ki, daxili işlər nazirinin müavini Məcid Mir Əhmədi təhlükəsizlik baxımından Türkiyənin sərhəd divarı tikməsinə hörmətlə yanaşdıqlarını və torpaqlara hörmət edildiyi müddətcə normal olaraq buna etiraz etməyəcəklərini bildirib. Ərəbistan xəbər kanalı Əl Aləm TV-yə danışan Əhmədi bildirib ki, Türkiyə tərəfindən inşa edilən divar digər tərəfdən İranda ciddi ekoloji problemlər yaradır.

"Türkiyənin sərhəd divarı çaylarımıza və təbiətimizə mənfi təsir göstərir" deyən iranlı nazir müavini bu barədə Türkiyəyə məlumat verdiklərini və Ankaradan müsbət addımlar gözlədiklərini bildirib.

Ankara bu divarın terror təşkilatı PKK və sərhəddəki qeyri-qanuni keçidlərə qarşı təhlükəsizliyi baxımından əhəmiyyətli olduğunu bildirir.

İran daha əvvəl sərhəd divarının Türkiyədən İrana su axınının qarşısını aldığını və çayların quruması təhlükəsini artırdığını bildirmişdi. İran hökuməti bu məsələ ilə bağlı Türkiyəyə çoxlu çağırışlar edib və iki ölkə arasında danışıqlar aparılıb.

Hazırladı: Eltac Zülfüqaroğlu/Turkustan.az

Mənbə:sozcu.com.tr


MANŞET XƏBƏRLƏRİ