"Bakcell" qazi və şəhid övladları üçün kurslar təşkil edib


"Bakcell" şirkətinin şəhid və qazi övladları üçün təşkil etdiyi ödənişsiz ingilis dili kursları başa çatıb. "You Will Speak" təşkilatı ilə birlikdə həyata keçirilən layihədə müxtəlif bölgələrdən 50 uşaq iştirak edib. 8 ay müddətində onlayn keçirilən ingilis dili kurslarının sonunda uşaqların ingilis dili bilikləri qiymətləndirilib.

"Bakcell" şirkəti uşaqların inkişafını və təhsilini dəstəkləyən bir çox sosial məsuliyyət layihələri həyata keçirir.

Şirkətin İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiya departamentindən bildirilib:

"Müharibədən əziyyət çəkən uşaqlara qayğı və diqqət bizim Korporativ Sosial Məsuliyyət proqramımızın əsas istiqamətlərindən birini təşkil edir. "Bakcell" şirkəti bu sahədə bir neçə layihə həyata keçirir".


MANŞET XƏBƏRLƏRİ