Öldürülməsi üçün verilən mükafatın az olduğunu söylədi


ABŞ Ədliyyə Nazirliyi İranın Donald Tramp dövründə Ağ Evin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonu öldürməyə çalışdığını iddia edərkən, Bolton Tehranın ayırdığı 300 min dolları "ucuz" tapdığını bəyan edib.

Turkustan.azxəbər verir ki, sui-qəsdin 2020-ci ildə öldürülən İran İnqilab Keşikçiləri Korpusunun komandiri Qasım Süleymaninin qisasını almaq üçün planlaşdırıldığını iddia edən ABŞ rəsmiləri, İran agenti Şəhram Pursafinin Boltonu öldürmək üçün keçmiş inqilab keşikçisinə 300 min dollar təklif etdiyini iddia edib. Bolton isə CNN-də qatıldığı proqramda mövzuya toxunaraq, "Aşağı qiymətdən utandım. Düşündüm ki, daha yüksək olacaq, amma ola bilsin, məzənnə məsələsi filan olub!" dedi.

Hazırladı: Eltac Zülfüqaroğlu/Turkustan.az

Mənbə: milliyet.com.tr


MANŞET XƏBƏRLƏRİ