İslamiada: Azərbaycan daha iki medal qazandı - QIZIL VƏ BÜRÜNC


Azərbaycanın sərbəst güləşçisi Əsgər Məmmədəliyev V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.
Turkustan.az xəbər verir ki, 70 kq-da mübarizə aparan idmançımız 3-cü yer uğrunda qarşılaşmada tacikistanlı Cəmşid Şərifovu 3:0 hesabı ilə məğlub edib.
Qadın güləşçimiz Leyla Qurbanova isə İslamiadanın qızıl medalını qazanıb.
53 kq-da mübarizə aparan idmançımız finalda özbəkistanlı Aktenqe Keunimjayevaya 6:1 hesabı ilə qalib gəlib.

(bizim.media)


MANŞET XƏBƏRLƏRİ