Laçından çıxan ermənilər kilsəni sökürlər - VİDEO


Laçının Zabux kəndini tərk etməyə hazırlaşan ermənilərin vandal əməlləri davam edir.

Turkustan.az xəbər verir ki, sosial şəbəkələrdə ermənilərin kilsəyə ziyan vurmasını əks etdirən görüntülər yayılıb.

Kadrlar göründüyü kimi, ermənilər kilsənin xaç ornamentlərini söküblər.

Qeyd edək ki, Ermənistan mətbuatında yer alan xəbərlərə görə, Zabuxda qanunsuz məskunlaşdırılmış ermənilər avqustun 25-ə qədər Laçından çıxarılacaq. (modern.az)


MANŞET XƏBƏRLƏRİ