İranda vəba epidemiyası: 62 nəfər...


İranda 62 nəfərin vəba xəstəliyinə yoluxduğu bildirilib.

Türküstan.azxəbər verir ki, İran dövlət televiziyasına bağlı Gənc Jurnalistlər Klubuna (YJC) danışan Səhiyyə Nazirliyinin Qida və Su ilə yoluxan xəstəliklər şöbəsinin müdiri Meryem Mesudifer bildirib ki, indiyədək İranda 62 nəfərdə vəba aşkarlanıb.

Xəstəliklərin demək olar ki, hamısının ölkənin qərbindəki Kirmanşah, Kürdüstan və Qərbi Azərbaycan əyalətlərində müşahidə edildiyini bildirən Mesudifer, xəstələrin yarısının səyahətdən qayıtdığını bilidirib.

Mesudifer qeyd edib ki, ölkədə indiyədək vəba xəstəliyindən insan itkisi olmayıb.

Son zamanlar İraqın şimalındakı Ərbil, Süleymaniyyə və Kərkük şəhərlərində vəba xəstəliyinə rast gəlinib və iyunun 21-də Kərkükdə bir nəfərin bu xəstəlikdən öldüyü açıqlanıb.


MANŞET XƏBƏRLƏRİ