Ermənilər ÇL-də yenə təxribata əl atdı


Ötən gün Ermənistanın "Pünik" komandası ilə Serbiyanın "Srvena Zvezda" komandası arasında keçirilən görüşdə ermənilər növbəti dəfə təxribata əl atıb.

Turkustan.az-ın məlumatına görə, "Pünik" azarkeşləri İrəvanda keçirilən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Qarabağ Ermənistandır, Kosovo Serbiyadır" yazılı pankart açıblar.

Xatırladaq ki, iyulun 20-də Çempionlar Liqasının II təsnifat mərhələsində keçirilən "Pünik" -"Düdelanj" matçı zamanı da ermənilər təxribata cəhd etmiş, tribunada açılan pankartda işğaldan azad olunmuş Qarabağı Ermənistan ərazisi kimi göstərilmişdi. //teleqraf.com/


MANŞET XƏBƏRLƏRİ