Restoran, kafedəki qab-qacaqdan keçən xəstəliklər - Xəbərdarlıq


Qab-qaşıqdan istifadədə ciddi gigiyena qaydalarına əməl etmək lazımdır.

Turkustan.azxəbər verir ki, bu barədə həkim terapevt Vera Suxova məlumat verib.

"Bir ailənin üzvlərinin eyni fincan, stəkandan su, maye içməsini tövsiyə etmirəm. Uşaqlarla böyüklərin qabları ayrı olmalıdır.

Məişət təmas yolu ilə bir çox virus və xəstəliklərə yoluxmaq olar.

Qab-qacaqla herpes, qoturluq, mədə xorasına səbəb olan helikobakteriya, bəzi hepatitlər, hepatit, helmintlər, qurdlar, qrip, koronavirus, vərəm, qazlı qanqrena, bruselyoz kimi infeksiyaların törədiciləri asanlıqla bir insandan digərinə keçə bilir.

Profilaktika və qorunmaq üçün: qab, qaşıq diqqətlə təmiz, qaynar suda yuyulmalı, dezinfeksiya olunmalı, ictimai yerlərdə, kafe, restoranlarda diqqətli olmalı, gigiyena qaydalarına əməl etməlisiz. /BakuPost/


MANŞET XƏBƏRLƏRİ