Ehtiyat hissələri tapa bilməyən Rusiya öz təyyarələrini demontaj edir


Bildirilib ki, Ukrayna müharibəsi səbəbilə Qərb dövlətlərinin sanksiyalar tətbiq etdiyi Rusiyada hava yolu şirkətləri təyyarələrə avadanlıq vermək üçün donanmadakı bəzi təyyarələrdən ehtiyat hissələri mənbəyi kimi istifadə etməyə başlayıb.

Turkustan.azxəbər verir ki, Beynəlxalq xəbər agentliklərinin aviasiya sənayesi daxilindəki mənbələrə əsaslandıqları xəbərə görə, Rusiya hava yolu şirkətləri, o cümlədən dövlət nəzarətində olan Aeroflot, sanksiyalar səbəbiylə başqa ölkələrdən ehtiyat hissələri ala bilmədikləri üçün əllərindəki təyyarələrə müraciət ediblər.

Bildirilib ki, "Aeroflot"un "Boeing 737" və "Airbus A320" tipli təyyarələri digərlərinə nisbətən daha çox ehtiyat hissələri tələb edir, ona görə də hissələr bu tip təyyarələrin digər modellərindən alınıb. Aeroflot tərəfindən idarə olunan ən azı bir Sukhoi superjet və bir Airbus A350 hazırda yararsız vəziyyətdədir.

Rusiyanın təyyarə parkının əksəriyyətini Qərbdə istehsal olunan təyyarə modelləri təşkil edir. Onların arasında A320neo, A350, Boeing 737 MAX və 787 kimi yeni nəsil reaktiv təyyarələrin daim yenilənməsi lazım olan texnologiyası var. Aviasiya ekspertləri proqnozlaşdırıblar ki, sanksiyalar tətbiq olunarsa, Rusiya onların təyyarələrini uçuşa yararlı etmək üçün öz təyyarələrindən hissələri alacaq.

İyun ayında Rusiya hökuməti hava yollarına xarici istehsalı olan təyyarələrin ən azı 2025-ci ilə qədər uçuşunu davam etdirmək üçün bəzi təyyarələrdən ehtiyat hissələri kimi istifadə etməyi tövsiyə edib. Bir təyyarənin hissələrini götürərək digər təyyarəni uçurtmaq prosesi yararsız təyyarələri "Milad ağacı"na çevirmək kimi tanınır. Bu nadir təcrübəyə tez-tez maliyyə çətinlikləri ilə bağlı müraciət edilir. Euronews türkcəsində yer alan xəbərə görə, Rusiyanın bu ölkəyə sanksiya tətbiq etməyən Asiya və Yaxın Şərq ölkələrindən ehtiyat hissələri almaq imkanı az görünür. Bu ölkələrin Qərb dövlətlərinin "ikinci dərəcəli sanksiyalar" qorxusundan Rusiyaya material tədarükünü qəbul etməyəcəkləri düşünülür.

Hazırladı: Eltac Zülfüqaoğlu/Turkustan.az

Mənbə:cnnturk.com


MANŞET XƏBƏRLƏRİ