Ukrayna Livana göndərdiyi taxılı sata bilmədi

Ukrayna Livana göndərdiyi taxılı sata bilmədi

Ukraynadan yola düşən qarğıdalı yüklü "Razoni" gəmisi Livana çatsa da, bu ölkədəki müştəri məhsulu almaqdan imtina edib.

Turkustan.az xəbər verir ki, bunu Ukraynanın Livandakı səfirliyi məlumat yayıb.

Alıcı yükün beş aydan çox müddətdə gecikdiyini əsas gətirərək məhsulu almayıb. Hazırda Livanda və başqa ölkədə yeni alıcı axtarılır.

"Razoni" Ukrayna limanlarının blokdan çıxarılmasına dair razılaşma çərçivəsində Odessa limanını tərk edən Ukrayna taxılını daşıyan ilk yük gəmisidir. Gəmidə 26 min ton həcmində qarğıdalı var.   /modern.az/

 


MANŞET XƏBƏRLƏRİ