Zaporojye AES-də tüstülənmə var – Rusiya MN

Zaporojye AES-də tüstülənmə var – Rusiya MN

Zaporojye Atom Elektrik Stansiyasında açıq paylayıcı stansiyada tüstülənməyə səbəb olan gərginliyin artması baş verib.

Turkustan.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Tüstülənmənin yanğınsöndürmə xidməti tərəfindən söndürüldüyü açıqlanıb.

Rusiya Müdafiə Nazirliyi hadisənin Ukraynanın Marqanets şəhərindəki mövqelərindən AES-i atəşə tutmasına görə baş verdiyini bildirib. /konkret.az/


MANŞET XƏBƏRLƏRİ