Paşinyan Qarabağa görə Putinə ZƏNG ETDİ


Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Turkustan.azxəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı Paşinyanın təşəbbüsü ilə baş tutub.

Tərəflər Qarabağdakı vəziyyəti, eyni zamanda, Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsi məsələlərini müzakirə ediblər.

Bundan əlavə, Putinlə Paşinyan Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarının icrasının vacibliyini vurğulayıblar. /Modern.az/


MANŞET XƏBƏRLƏRİ