Özünü qüllədən atmaq istədi - Bakıda ŞOK OLAY

Özünü qüllədən atmaq istədi - Bakıda ŞOK OLAY

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər mobil rabitə operatorun qülləsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Turkustan.az nazirliyə istinadən xəbər verir ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.


MANŞET XƏBƏRLƏRİ