İranda Ərdoğana təklif etmişdi – "Putin bu iddiasında israrlıdır"


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "İndi hamı dron istəyir, "Akıncı" istəyir" dediyi, supergüclərin Türkiyədən almaq üçün növbəyə düzüldüyü PUA-lar yenidən dünya mediasının manşetindədir.

Turkustan.az xəbər verir ki, ingilis qəzeti "Bayraktar TB2"ni mədh edərkən, alman telekanalı Rusiya lideri Vladimir Putinin Türkiyədən PUA almaq istədiyini iddia edib.

İngiltərədə nəşr olunan "Daily Mail" qəzeti Türkiyə istehsalı dronlar haqda bunları yazıb:

"Bayraktar"lar Rusiya ilə müharibənin ilk günlərində Kiyevin Putinin əlinə keçməsinə mane olmaqda mühüm rol oynadılar. Bunlar müharibə başlayandan bir neçə gün sonra oyuna daxil olmuşdular. Ukraynanın paytaxtına doğru irəliləyən bir mil uzunluğundakı hərbi karvanı təşkil edən tankları yararsız hala saldılar. Mühasirəyə alınmış Rusiya zirehli texnikalarının görüntüləri Ukrayna üçün böyük önəm kəsb edən təbliğat müharibəsində erkən qələbə idi".

Almaniyanın N-TV kanalında yayımlanan "Moskva türk dronlarının nə etdiyini gördü" başlıqlı xəbərində Türkiyə PUA-larının uğurundan bəhs olunub:

"Türkiyə istehsalı pilotsuz döyüş təyyarələri artıq Ukrayna müharibəsində istifadə olunur, amma indiyədək yalnız Rusiya ordusuna qarşı istifadə edilib. İndi, görünür, Rusiya lideri Putin bu dronları almaq istəyir".

Prezident Rəcəb Tayyib Ərdoğan İrandan qayıdarkən, Tehranda görüşdüyü Putindən maraqlı təklif aldığını demişdi. Bundan sonra mətbuata açıqlamasın da Putinin ona birlikdə dron istehsalı təklifi verdiyini açıqlamışdı. (teleqraf.com)


MANŞET XƏBƏRLƏRİ