Zabuxda məskunlaşan ermənilər Minsk qrupu həmsədrlərinə MƏKTUB GÖNDƏRDİLƏR


Zabuxda məskunlaşan ermənilər ATƏT-in Minsk Qrupunun Fransa və ABŞ-dan olan həmsədrlərinə məktub göndəriblər.

Turkustan.az erməni mediasına istinadla xəbər verir ki, avqustun 8-də ABŞ və Fransanın Ermənistandakı səfirlikləri yaxınlığında etiraz aksiyaları keçirilib.

Aksiyada Zabux kəndini Azərbaycana verməmək üçün "Ermənistana dost olan ABŞ və Fransanın fəal və təcili müdaxiləsini və vasitəçiliyini tələb olunub. Onların evlərini, həyat tərzini, vətənlərinin bir hissəsini və bəlkə də həyatlarını itirəcəkləri humanitar fəlakətin qarşısını almaq üçün" dərhal bütün tədbirləri görməyi tələb ediblər.

Qeyd edək ki, etirazçılar bu gün BMT-nin Ermənistandakı ofisinə də getməyi və "Qarabağ və xalqının təhlükəsizliyi"nə təminat verilməsi ilə bağlı yazılı tələbi təqdim etməyi planlaşdırırlar.

Xatırladaq ki, Qarabağdan olan 56 erməni Fransa və Rusiyanın Ermənistandakı səfirliklərinin binaları qarşısında etiraz aksiyası keçirərək səfirlərə məktublar göndəriblər. /konkret.az/


MANŞET XƏBƏRLƏRİ