Səfər Mehdiyevin sürdüyü "Galik" kimindir?

Səfər Mehdiyevin sürdüyü

Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinin sədri olduğu vaxt çəkilən və bu gün yayılan video ilə bağlı rəsmi qurumlar tərəfindən hələ ki, hər hansı açıqlama verilməsə də, sosial mediada onun idarə etdiyi avtomobillə bağlı müxtəlif məlumatlar yayılıb.

Turkustan.az Qafqazinfo-ya istinadən bildirir ki, S.Mehdiyevin sürdüyü “Mercedes Galendevagen” markalı lüks avtomobilin dövlət qeydiyyat nömrəsi (90-AA-978) "Vadi-4" MMC adlı şirkətin üzərinə qeydiyyatdadır.

MMC-nin qanuni təmsilçisi Nəsir Məhərrəm oğlu Cəfərovdur. O isə Dövlət Gömrük Komitəsinin sabiq sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin həmkəndlisi, Naxçıvanın Babək rayonu Nehrəm kəndinin sakini və S.Mehdiyevin qohumudur.

Qeyd edək ki, bir neçə ay əvvəl çəkildiyi iddia edilən videoda Səfər Mehdiyev onu saxlayan DYP əməkdaşına qarşı kobudluq edib.


MANŞET XƏBƏRLƏRİ