"Qarabağda baş verən hadisələr bizə dərs olmalıdır" - Şahnazaryan


"Ermənistan hökuməti tarixdə ilk dəfə olaraq Azərbaycana ərazi vermək üçün erməniləri zorla Qarabağdan köçürür".

Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan prezidentinin xüsusi tapşırıqlar üzrə keçmiş səfiri Davit Şahnazaryan bildirib.

"Hazırki hakmiyyətin vəziyyəti acınacaqlıdır, Qarabağda baş verən hadisələr bizə dərs olmalıdır", - deyə o söyləyib.

Qeyd edək ki, Ermənistan mətbuatı avqustun 25-nə qədər Laçının Zabux kəndindən ermənilərin çıxarılacağını açıqlayıb. Bildirilir ki, Laçında qanunsuz məskunlaşan ermənilər artıq rayonu tərk etməyə başlayıblar.

Bununla bağlı sosial şəbəkələrin erməni seqmentində videolar yayılıb. Kadrlardan görünür ki, Laçının Zabux kəndini tərk edən ermənilər əşyalarını yığışdırır, özləri ilə apara bilmədiklərini isə yandırırlar. (modern.az)


MANŞET XƏBƏRLƏRİ