"Bəzi deputatlar övladlığa uşaq götürür ki..." - ŞOK AÇIQLAMA


"Deputatların son maaş artımı pensiyaya 40%-dən də çox təsir edəcək".

Turkustan.az xəbər verir ki, bunu hüquqşünas Əkrəm Həsənov deputatların son maaş artımı ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Ə. Həsənov şərhində maraqlı məqamlara toxunub: "Çünki, məsələn, deputatların əvvəllər deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vergilərdən azad olunan 866,25 manat məbləğində aldıqları aylıq pul təminatı əmək haqqı anlayışına daxil deyildi, buna görə də pensiya hesablananda nəzərə alınmırdı. Həmin məbləği (əvvəlki gəlirin təxmini 18%-i) nəzərə almadan sabiq deputatların pensiyası 50%-dən çox artıb! Beləliklə də, deputatların "vergi güzəştlərimizi də ləğv etmişik" arqumenti reallıqda pensiyalarının daha çox artmasına gətirib!".

Daha sonra hüquqşünas "deputatlarımızın pensiya hərisliyi isə hətta lətifə predmeti ola bilər" deyə qeyd edib:

"Mərhum deputatın sözügedən pensiyasını ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri alır. Yəqin, düşünürsüz ki, bu pensiyanı uzaqbaşı onların həyat yoldaşı alır, elə? Axı deputatların, bir qayda olaraq, yetkinlik yaşına çatmayan övladları olmur! Səhv edirsiniz! Söz gəzir ki, bəzi deputatlar (o cümlədən sabiqlər) övladlığa uşaq götürür ki, pensiyasını vəfatından sonra o ala bilsin. Bir qayda olaraq, qohum olan uşaqları. Hətta nəvələrini də..."

(yenisabah.az)


MANŞET XƏBƏRLƏRİ