Kabus geri döndü


Rusiyada son 24 saat ərzində koronavirusa 20 303 yeni yoluxma faktı aşkarlanıb.

Turkustan.azxəbər verir ki, bu, martın 30-dan bəri ilk dəfədir. Bunu infeksiyaya qarşı mübarizə üzrə federal Operativ Qərargahın məlumatları da sübut edir.

Həmçinin, son 24 saat ərzində 44 ölüm qeydə alınıb, 8729 xəstə sağalıb.

Ümumilikdə, pandemiyanın başlanğıcından bəri ölkədə 18 712 699 yoluxma halı qeydə alınıb, 18 039 355 rusiyalı sağalıb, 382 741 nəfər ölüb.

Moskva və Sankt-Peterburqda hər gün COVID-19-a yoluxanların sayında artım var- müvafiq olaraq 6110 və 2410 nəfər. Bu şəhərlərdə müvafiq olaraq 19 və 7 nəfər ölüb. /Cebhe.info/


MANŞET XƏBƏRLƏRİ