Bakıda “qazi” “İmam Mehdi” yolunda çənə sındırdı – VİDEO

Bakıda “qazi” “İmam Mehdi” yolunda çənə sındırdı – VİDEO

Özünü 12-ci imam, “Sahib əz-Zaman Mehdi” kimi təqdim edərək ən azı 40-dan çox insanın milyonlarla pulunu ələ keçirən Aqil Babayevin cinayət işinin başlanması ilə bir çox məqamlar üzə çıxmaqdadır.

Turkustan.az Axar.az-a istinadla xəbər verir ki, “İmam Mehdi”nin fanatcasına müdafiə edənlər də peyda olub və onlar cidd-cəhdlə Aqil Babayevin qanunsuz əməllərindən zərər çəkən şəxslərin şikayət ərizələrinin geri götürməsinə və “İmam Mehd”nin azadlığa çıxmasına nail olmağa çalışırlar.

Bu kampaniyanı təşkil edən əsas simalardan birinin isə Ceyhun Məhərrəmov adlı şəxs olduğu iddia edilir. Özünü “Qarabağ qazisi” kimi təqdim edən bu şəxs Aqil Babayevin əməllərindən zərər çəkən şəxslərə təzyiq göstərərək onları təhqir edir.

Bir müddət öncə, may ayında C.Məhərrəmov iftar süfrəsində zərərçəkmişlərlə əlbəyaxaya da çıxıb. Bununla bağlı redaksiyaya təqdim edilən görüntülər də var. Bildirilir ki, Ceyhun Məhərrəmov və Aqil Babayevin barəsində olan cinayət işi üzrə zərərçəkmiş şəxslərdən olan Zaur Abdullayev, Bəhruz Kavə, Elnur Mehdiyev Xətai rayonunda qonşudurlar, eyni binada qalırlar. 3 may 2022-ci il tarixdə Ramazan bayramı ilə əlaqədar Zaur Abdullayevin təşkil etdiyi məclis zamanı oradan keçən Ceyhun Məhərrəmovla Zaur Abdullayevin aralarında mübahisə yaranıb, Ceyhun Məhərrəmov onların ünvanına nalayiq ifadələr işlədib. Həmçinin yarana biləcək qalmaqalı sakitləşdirmək üçün Faiq Abdullayev (Zaur Abdullayevin qardaşı) ortaya girib və Ceyhun Məhərrəmovu uzaqlaşdırmağa çalışsa da, C.Məhərrəmov onu bir zərbə ilə yerə yıxıb və əlbəyaxa davaya rəvac verib. Sonra isə evdən iki bıçaq götürərək, onlara hücum çəkib.

C.Məhərrəmov və yaxınları məqsədli şəkildə hadisə yerini dağıtdıqdan sonra (videoda görünür – red.) polis çağırıb və video-görüntülərin özlərinə uyğun montaj edilmiş hissəsini mediaya verməklə, həmçinin “qazi” adından istifadə ilə təzyiqlərə başlayıblar.

Ceyhun Məhərrəmov qazidirmi?

Ceyhun Məhərrəmov 1980-ci il təvəllüdlüdür. Əlillik Altsistemində Ceyhun Bəhrəm oğlu Məhərrəmovun 1999-cu il 1 yanvarda xəsarət aldığı qeyd edilir. Həmin tarixdə heç bir savaş baş vermədiyindən, C.Məhərrəmovun “qazi” olması mübahisələndirilə bilər.

C.Məhərrəmov həqiqi hərbi xidmət zamanı təlim keçirilərkən, ehtiyatsızlıqdan xəsarət alıb və ona ikinci dərəcəli əlillik təyin edilib. Yəni xəsarəti hərbi xidmət zamanı alıb, amma “qazilik” anlayışı tamamilə fərqlidir. C.Məhərrəmov nə Aprel və Tovuz savaşlarında, nə də İkinci Qarabağ savaşında iştirak edib.

C.Məhərrəmov iddia edib ki, zərərçəkmiş qonşuları “İmam Mehdi” ilə bağlı istintaqa verdiyi ifadəsinə görə ona təzyiq edirlər.

İftar süfrəsindəki dava ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır. C.Məhərrəmov zərərçəkmişlərə şərt qoyub – “İmam Mehdi” - Aqil Babayevdən etdiyiniz şikayəti geri götürün, vurulan zərərlərdən imtina edin və o, azadlığa çıxsın, əvəzində may ayında baş verən dava ilə bağlı polisə verdiyim şikayəti geri çəkim.

Bu isə “İmam Mehdi”nin azad olunmasına çalışmaqla bərabər, zərərçəkmişlərin yüzminlərlə vəsaitdən imtina etməsini tələb etmək deməkdir.

Belə ki, ittihamdan görünür ki, təqsirləndirilən şəxs Aqil Babayev aldatma və etibardan sui-istifadə etməklə zərərçəkmiş şəxslərdən Faiq Abdullayevə 354.600 манат, Zaur Abdullayevə 134.000 manat, Bəhruz Kavəyə 72.000 манат və Араз Kavəyə isə 17300 манат məbləğində maddi ziyan vurmaqla həmin pulları ələ keçirmişdir. Ümumi zərər isə 2 milyondan artıqdır. 


MANŞET XƏBƏRLƏRİ