Pivə daha çox kişilərə, yoxsa qadınlara zərər verir?

Pivə daha çox kişilərə, yoxsa qadınlara zərər verir?

​​​​Alkoqol qadınlara kişilərdən daha pis təsir edir, çünki onların qaraciyəri içkinin təsirini neytrallaşdıran spirt dehidrogenaz fermentini daha pis istehsal edir.

Turkustan.az xəbər verir ki, bu sözləri “VM.ru”ya diyetoloq, tibb elmləri namizədi Yelena Solomatina deyib.

“Qadınlarda bir stəkan pivə alkoqolizminin inkişafına səbəb ola bilər. Çünki onlar daha tez pivə aludəçisi olurlar. Pivə bədən formalarına təsir edir, lakin kalorili tərkibinə görə deyil, qadınlarda insulin müqavimətinə görə qanda qlükoza səviyyəsi artırdığı üçün çəki də artır.

Kişilərin bədəni alkoqolu daha yaxşı zərərsizləşdirir, lakin bu amil əlbəttə ki, fərdidir, genetika öz sözünü deyir. Eyni zamanda, kişilər pivə içdikdən sonra qarın çıxarırlar ki, bu da insulin müqaviməti ilə əlaqələndirilir. Bu, kişilərdə tez-tez baş verir. Əgər pivə qanda qlükoza səviyyəsini yüksəldirsə və qlükoza çox miqdarda insulin ifraz etdiyi üçün insan artıq insulin müqavimətinə malikdirsə, insuluni sadəcə olaraq hüceyrələrə daxil edə bilmirsə, artıq enerji yağa çevrilir. Kişilərdə daxili orqanlarda yağ şəklində yığılır. Bu, hipertoniya, ateroskleroz və sairə kimi xəstəliklərdə çox təhlükəlidir”, - həkim xəbərdarlıq edib.    /publika.az/


MANŞET XƏBƏRLƏRİ