"Daha Şuşaya yalnız ritmik mahnılar yazılacaq" - Çilənay - VİDEO


İfaçı-bəstəkar Çilənay Hüseynova Şuşaya həsr olunmuş mahnısını təqdim edib.

Turkustan.azxəbər verir ki, "Şuşam mənim" adlı mahnının sözləri Səttar Qarağaclıya, müsiqisi isə Çilənayın özünə məxsusdur.

Ritmik üslubda bəstələnmiş mahnı Azərbaycanı, azad Şuşanı vəsf edir. Çilənay Hüseynova saytımıza açıqlamasında bildirib ki, artıq azad Şuşanın yeni səhifəsi açılıb: "Son 30 ildə Şuşaya yazılan şeirlərin, mahnıların hamısı üzüntü, həsrət ruhunda idi. Bundan sonra yaradıcı insanlarımız Şuşanı şövqlə, Zəfər əhval-ruhiyyəsində vəsf edəcəklər. Bu baxımdan, mənim Şuşa bəstəm də ritmik ruhdadır. Arzu edirəm ki, bu ruh əbədi bizimlə olsun".

Könül/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ