"44 gün Karabağ savaşı sürecinde Güney Azerbaycan" kitabı nəşr olundu


Güney Azərbaycandan olan, hazırdaTürkiyədə yaşayan beynəlxalq əlaqələr üzrə ekspert Məhsa Mehdizadənin "44 gün Karabağ savaşı sürecinde Güney Azerbaycan" kitabı çapdan çıxıb.

Turkustan.azxəbər verir ki, Türkiyə türkçəsində buraxılmış kitabda 44 günlük savaşın ilk günlərindən Güney Azərbaycanda və İranın müxtəlif yerlərində Azərbaycan türklərinin fəaliyyətləri, keçirdikləri kütləvi aksiyalarla bağlı səhih məlumatlar yer alıb.

Məlumdur ki, savaş dövründə Güney Azərbaycan türkləri hadisələri həssaslıqla izləyirdilər. Araz çayının kənarına, Xudafərin körpüsünün ətrafına toplaşaraq hər savaşının canlı izləyicisi olaraq o taydan Azərbaycan hərbçilərinə ruh verirdilər.

Savaşın gedişində İranın Ermənistana hərbi və digər yüklər göndərməsinə qarşı da böyük ayaqlanmalar olmuşdur.

Eyni zamanda, bu etiraz aksiyalarında iştirak edənlərə qarşı kütləvi cəza, həbs, işgəncə tətbiq edilib.

Güney Azərbaycan türkləri həmçinin, dünyanın müxləlif ölkələrində Azərbaycanın haqq işini müdafiə edən aksiyalarda fəal iştirak ediblər.

M.Mehdizadənin tərtib etdiyi kitabda bütün bu məsələlər toplanaraq oxucuya çatdırılır.

Kitabın yaxın günlərdə Azərbaycan türkcəsində də nəşri gözlənilir.

Qeyd edək ki, Məhsa Mehdizadə ali təhsil pillələrini Türkiyədə bitirib, hazırda isə beynəlxalq əlaqələr üzrə doktorluğa davam edir.

Eltac Zülfüqaroğlu


MANŞET XƏBƏRLƏRİ